2025-ci ildə Azərbaycan 25 milyard ABŞ dolları dəyərində mal ixrac edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 5,7% azdır.
Ötən il ölkənin idxal etdiyi malın dəyəri isə əvvəlki ilə nisbətən 15,8% çox – 24,4 milyard dollar təşkil edib.
Son nəticədə 0,6 milyard dollarlıq müsbət saldo formalaşıb. Bu da illik müqayisədə 8,3 dəfə azalma deməkdir.