Azərbaycanın Ermənistandan idxal etdiyi ilk mal qızılgüllər oldu.
Yurd.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsi Azərbaycanın ötən ay Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxalı ilə bağlı bildirib ki, həmin mal əslində Niderlanddan gətirilmiş qızılgül olub.
"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.
Cari ilin yanvar-mart aylarında isə Azərbaycandan Ermənistana 5 milyon 757.48 min ABŞ dolları həcmində məhsul ixrac olunub.