SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Sahil Babayev, Anar Əliyev və Mikayıl Cabbarov məruzə etdilər

Sahil Babayev, Anar Əliyev və Mikayıl Cabbarov məruzə etdilər

  • 14 aprel 2026, 21:29

Azərbaycanın 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri müzakirə olunub.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas göstəriciləri və digər cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla gündəlikdə olan məsələlərə dair müvafiq qərarlar qəbul olunub. Maliyyə nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin və OMBÇ sənədinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları