Bu ilin mart ayında Azərbaycanın strateji valyuta ehtiyatları 5,5 milyard ABŞ dolları azalaraq 90,7 milyard dollardan 85,2 milyard dollara düşüb.
Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Azalma dünya bazarında qızılın ucuzlaşması fonunda baş verib. Belə ki, ötən ay əmtəə birjalarında qızıl 12,5% dəyər itirib. Bu ilin əvvəlinə adı çəkilən qiymətli metal Dövlət Neft Fondunun aktivlərində 38 %-dən çox paya malik olub”, - deyə o qeyd edib.