SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycandan Ermənistana 1 tona yaxın yanacaq göndərildi

Azərbaycandan Ermənistana 1 tona yaxın yanacaq göndərildi

  • 11 yanvar 2026, 16:59

Bugün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib.

Yurd.Media xəbər verir ki, "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Bundan əvvəl, 2025-ci il 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları