Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımla bağlı proqnozunu 3,7%-dən 3%-ə endirib.
Yurd.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.
Hökumət qərarını dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslərin milli iqtisadiyyata təsiri ilə izah edib.
Xatırladaq ki, bu ilin aprel ayında Dünya Bankı 2025-ci ildə Azərbaycanda ümumi daxili məhsulun 2,6%, Beynəlxalq Valyuta Fondu isə 3,5% arta biləcəyini bəyan edib.
Görünən odur ki, hökumət iqtisadi artım proqnozunu yeniləyərkən hər iki beynəlxalq qurumun açıqladığı rəqəmdən uzaq mövqe tutub.