SÜJET
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar bu ilin 7 ayı ərzində 368,7 milyon manat təşkil edərək proqnoza qarşı 117,5 milyon manat və ya 24,2 % az icra olunub.
Hökumətin ödənişli xidmətlərdən daxilolmalarla bağlı proqnozu özünü niyə doğrultmur?
İqtisadçı ekspert Natiq Cəfərli Yurd.Media-ya açıqlamasında bildirib ki, ödənişli xidmətləri baha olduğu üçün vətəndaşların marağını cəlb etmir:
“Xüsusən də, son 2 ildə ödənişli xidmətlərin dəyəri atdığı üçün vətəndaşların bu xidmətlərdən istifadəyə marağı azalır. Bu da hökümətə düşünməyə əsas verir ki, xidmətlərin ödənişlərini azaltmaq bəlkə də daha yaxşı olardı".
Eyni zamanda ekspert hesab edir ki, ilin sonuna kimi açılmış ara qapadılacaq:
"İlin sonunadək ödənişli xidmətlərdən büdcəyə pul daxil olması ilə aranı qapatmaq mümkündür. Əsas problemlərdən biri ödənişli xidmətlərinin dəyərinin artması oldu".