2025-ci ilin yekununda Azərbaycanda təxminən 5,3 milyon nəfər məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxs olub.
Bu barədə Yurd.Medi-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin yekunu ilə müqayisədə 3,2% çoxdur.
Xatırladaq ki, hazırda Azərbaycanda 1,8 milyon insan muzdla çalışır, başqa sözlə “maaşa baxır”. Son nəticədə sosial sığorta haqqı ödəyənlərin təxminən 1/3-i muzdla çalışır.