Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektorunda 30 326,5 milyon ABŞ dolları dəyərində məhsul istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.
9 ayda sektorun ümumi daxili məhsulda payı 29,7% təşkil edib.