Bu il yanvarın 1-nə Azərbaycanda 1 585 265 ədəd minik avtomobili olub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 83 308 ədəd və yaxud 5,55% çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycana 1 556,6 milyon ABŞ dolları dəyərində 82 434 ədəd minik avtomobili gətirilib. Bu isə 2023-cü ilə nisbətən 6,5% azdır.
Ötən il ölkədə isə 5 998 minik avtomobili istehsal olunub. Bu isə əvvəlki illə müqayisədə 55% çoxdur.