İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,9 ABŞ dolları və ya 1,30% azalaraq, 68,12 dollar/barel təşkil edib.
Bu barədə Yurd.Media-ya neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,91 dollar və ya 1,35% ucuzlaşaraq 66,64 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,89 dollar və ya 1,58% azalaraq, 55,35 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,84 dollar və ya 1,25% azalaraq 66,30 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.