SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycan iqtisadiyyatı dövlət dəstəyi ilə yenidən böyüməyə başlayıb

Azərbaycan iqtisadiyyatı dövlət dəstəyi ilə yenidən böyüməyə başlayıb

  • 10 iyul 2026, 12:53

Azərbaycanda iqtisadi artım bərpa olunub.  

Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumatda deyilir ki, yanvar-iyun aylarında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çox – 65,2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. 

İqtisadiyyatın böyüməsi əsas kapitala vəsait yönəldilməsinin artması ilə paralel gedir. Əgər yanvar-may aylarının yekununda iqtisadiyyata investisiya qoyuluşu 2,1% azalmışdısa, 6 ayının yekununda 13,8% artaraq 9,3 milyard manata çatıb. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları