SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
ABŞ-nin İrana zərbələr endirməsi fonunda Azərbaycan nefti bahalaşdı

ABŞ-nin İrana zərbələr endirməsi fonunda Azərbaycan nefti bahalaşdı

  • 08 iyul 2026, 10:01

ABŞ-nin İrana zərbələr endirməsi fonunda Azərbaycan neftinin qiyməti qalxıb.

Yurd.Media xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları və ya 2,64 % artaraq 75,66 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,87 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,79 ABŞ dolları və ya 2,51 % artaraq 72,94 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları