"Azərmaş Group" MМС 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət ötən il 8,1 milyon manat xalis mənfəət ələ edib.
Bu, əvvəlki illə müqayisədə 13,3% azdır.
Bu ilin əvvəlinə "Azərmaş Group"un aktivləri ötən ilin əvvəlinə nisbətən 15,6% az - 47,4 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 22,9 milyon manat (42,4% az), balans kapitalı isə 24,5 milyon manat (49,4% çox), o cümlədən nizamnamə kapitalı 3 milyon manat (dəyişməyib) olub.