SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Azərbaycan hələ ki, gələn il Qarabağ və Şərzi Zəngəzura nə qədər pul qoyacağını açıqlamır

Azərbaycan hələ ki, gələn il Qarabağ və Şərzi Zəngəzura nə qədər pul qoyacağını açıqlamır

  • 19 sentyabr 2025, 09:59

Maliyyə Nazirliyinin sentyabrın 15-də yaydığı “2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da gələn il Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpasına nə qədər pul xərclənəcəyi açıqlanmayıb.

Yurd.Media xəbər verir ki, həmin xərclər iqtisadi fəaliyyət xərclərinin tərkibinə daxildir.

2026-cı ildə Azərbaycanda iqtisadi fəaliyyət xərclərinin 7 630,7 milyon manat olması nəzərdə tutulur. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,75% azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 423 milyon manat, xərclərinin isə 41 548,6 milyon manat olacağı gözlənilir.

Prime Leasing