SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Emin Ağalarov: Prezidentin baxışı regionu ən böyük turizm obyektlərindən birinə çevirir

Emin Ağalarov: "Prezidentin baxışı regionu ən böyük turizm obyektlərindən birinə çevirir"

  • 22 sentyabr 2025, 11:16

Azərbaycan Prezidenti İlham Əliyevə onun baxışı, uzaqgörənliyi, liderliyi və bu tədbirin bu gün burada keçirilməsini mümkün etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Onun baxışı regionu ən böyük turizm obyektlərindən birinə çevirir.

Yurd.Media xəbər verir ki, bunu "Sea Breeze"in sahibi və təsisçisi, "Agalarov Development"in prezidenti Emin Ağalarov Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində bildirib.

"Bizim üçün bütün sahələrdə inkişafın şahidi olmaq və burada dünyanın hər yerindən insanları birləşdirən nə qədər böyük beynəlxalq tədbirlərin keçirildiyini görmək xüsusi qürurdur", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan investisiya üçün çox əlverişli ölkədir. Burada həyata keçirilən islahatlar investisiyalar üçün çox böyük imkanlar yaradıb:

"İnvestisiya imkanlarının yaradılması iş adamları və şirkətlər üçün imkan və fürsətlər yaradır. Bundan istifadə edib Azərbaycana sərmayə yatırmaq əlverişli perspektivlər vəd edir. “See Breeze” böyük bir layihədir və çox geniş ərazini əhatə edir. Ərazi və tikinti işləri daha da genişlənəcək və inkişaf edəcək. “See Breeze” ərazisinə də sərmayə yatırımı çox səmərəlidir. Azərbaycanda yaradılan münbit şəraitdən istifadə edib sərmayə yatırımını həyata keçirmək olduqca faydalı olar”, - deyə Emin Ağalarov bildirib.

Prime Leasing