Tovuz rayonu Dondar Quşçu kəndində bəzi dayanacaqlar istifadəyə yararsızdır.
"Yurd.Media" xəbər verir ki, "İTV"yə şikayət edən sakinlər bu dayancaqlardan kənar yerlərdə marşrut gözləməyə məcbur olurlar.
Sakinlər həmçinin dayanacaqlara elə kəndin cavan uşaqlarının zərər vurduğunu da etiraf edirlər.
Dondar Quşçu kənd bələdiyyəsindən bildirildi ki, dayanacaqlara baxış keçirilib və qiymətləndirilməsi aparıldıqdan sonra yaxın zamanda problemin həllinə çalışacaqlar.