SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Gənclik Mallun qarşısındakı yeni yol düzəni niyə işə yaramadı?

"Gənclik Mall"un qarşısındakı yeni yol düzəni niyə işə yaramadı?

  • 04 iyun 2025, 20:54
Bakı

“Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, bu dəfə paytaxtın Fətəli Xan Xoyski küçəsində, “Gənclik Mall”un qarşısında müşahidə olunan nəqliyyat sıxlığı problemindən bəhs olunub.

Bildirilib ki, aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətləri yenilənib və onların yerləri dəyişdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, vəziyyət dəyişməyib. Parkinqə giriş zamanı nəqliyyat vasitələri sıxlıq yaradır və avtomobillər yolda əlavə vaxt itirir.

Qeyd olunub ki, ərazidə avtobusların əsas yola çıxışı üçün dönmə bucağı düzgün hesablanmayıb.

“Avtobuslar digər zolağa çıxmağa məcbur qalır. Zolaqların sayı artsa da, enləri avtomobillərin hərəkəti üçün uyğun deyil. Hər hansı təhlükəli vəziyyətdə manevr etmək üçün şərait yoxdur. Parkinqə daxil olmaq istəyənlər və düzgün planlaşdırılmamış xətlənmə bu cür sıxlıq yaradır”, – deyə bildirilib.

Ətraflı süjetdə:

Prime Leasing