Qəbələdə bu kəndin sel sularından mühafizəsi üçün vəsait ayrılır

Qəbələdə bu kəndin sel sularından mühafizəsi üçün vəsait ayrılır

Qəbələ

Qəbələ rayonunda Həmzəlli çayının sağ sahilində yerləşən Həmzəlli kəndini sel sularından mühafizə edən daş-beton (Körpüdən 1330 m yuxarı) bənd əsaslı təmir olunacaq.

"Yurd.media"nın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti bununla bağlı hazırlıqlara başlayıb.

Məlumata görə, qurum bənddə təmir işlərinin 150 000 manata başa gələcəyini proqnozlaşdırıb.