Kəlbəcərdə elektrik xətti çəkiləcək.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Azərişiq" bununla bağlı hazırlıqlara başlayıb.
Belə ki, Kəlbəcər rayonu ərazisindəki yaşayış məntəqələrinin elektrik təchizatının təmin olunması məqsədilə "Kəlbəcər" yarımstansiyasından 35 kV-luq iki dövrəli elektrik veriliş xəttinin çəkilməsi planlaşdırılıb.
Bu işə 2 milyon 700 min manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.