SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Daşkəsənin küçələri abadlaşdırılacaq

Daşkəsənin küçələri abadlaşdırılacaq

Daşkəsən

Daşkəsən şəhərinin küçələrində abadlıq işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

"Yurd.media"nın əldə etdiyi məlumata görə, icra hakimiyyəti layihə-smeta sənədlərinin hazırlanması işlərini "Az.Arxitektura" şirkətinə həvalə edib.

Məlumata görə, küçələrdə abadlıq işlərinin həyata keçirilməsinə zərurət yaranıb. Buna görə də bu istiqamətdə müvafiq işlərə başlanılıb.

Razılaşmaya əsasən, şirkət layihə smeta sənədlərini 7.823 manata hazırlayacaq.

Skat.az - Ev və Avtomobil elanları