Balakəndə küçələrin işıqlandırılması bahalaşıb

Balakəndə küçələrin işıqlandırılması bahalaşıb

Balakən

Balakən şəhərində küçələrin işlqlandırılması üzrə xərclər artıb.

"Yurd.media"nın əldə etdiyi məlumata görə, ötən illə müqayisədə bu xərclərdə 3 dəfə artım olub.

Belə ki, ötən il rayon icra hakimiyyəti şəhər küçələrinin işıqlandırılması üçün mal-materialın satınalınmasına 13 188 manat vəsait xərcləyib.

Açıqlanan məlumata əsasən, bu il üçün isə qeyd olunan satınalma 38 965 manata başa gəlib.

Məlumat üçün onu da bildirək ki, şəhər nümayəndəliyi ötən il bu malları "KM Services" MMC-dən, bu il isə "Buta Supply” MMC-dən alıb.