Novxanı sakinlərinin NƏZƏRİNƏ

Novxanı sakinlərinin NƏZƏRİNƏ

Bakı

Bugün Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Yurd.media" xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin məlumatına görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar aprelin 8-i saat 10:00-dan etibarən işlər yekunlaşana qədər qaz təchizatı "Abşeron" ölçü qovşağından dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.