SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
UEFA Çempionlar Liqası: Qarabağın rəqibləri bu gün bəlli olacaq

UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bu gün bəlli olacaq

  • 28 avqust 2025, 09:15

"Ferentsvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan "Qarabağ"ın rəqibləri bu gün bəlli olacaq.

Yurd.Media xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü Monako şəhərində atılacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Tədbirdə "Qarabağ" klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.

Liqa mərhələsində "Qarabağ"ın səkkiz rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

Prime Leasing