Bu gün Azərbaycan Premyer Liqasının III turunda daha iki qarşılaşma baş tutacaq.
Yurd.Media xəbər verir ki, əvvəlcə "Zirə" evdə "Kəpəz"i qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və Kamranbəy Rəhimovun idarə edəcəyi matça saat 18:00-da start veriləcək.
Günün sonuncu görüşü "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" və "Qəbələ" arasında baş tutacaq. Elçin Məsiyevin idarəçilik edəcəyi oyun saat 20:30-da başlayacaq.
Qeyd edək ki, III turun daha əvvəl baş tutan "Neftçi" - "Turan Tovuz" matçında qonaqlar qələbəyə sevinib - 0:1. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib. Tura avqustun 31-də yekun vurulacaq.