SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Turan Tovuz Sumqayıta,  Qarabağ Kəpəzə qalıb gəldi

"Turan Tovuz" "Sumqayıt"a, "Qarabağ" "Kəpəz"ə qalıb gəldi

  • 04 oktyabr 2025, 23:48

Azərbaycan Premyer Liqasında VII turun daha iki oyunu keçirilib.

Yurd.Media xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Kəpəz"lə qarşılaşıb. "Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib.

37-ci dəqiqədə Samy Mmae fərqlənib.

Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 13 xalla ikinci pillədə qərarlaşıb. Yeddi matçın hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.

Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 34-cü dəqiqədə Joralem Batista, 58-ci dəqiqədə Aleks de Souza fərqlənib. 90+cü dəqiqədə Ayxan Hüseynov adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu birinci pilləyə yüksəlib. "Gənclik şəhəri" təmsilçisi 11 xalla beşinci sıradadır.

Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.

Prime Leasing