SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Premyer Liqada daha iki oyun keçiriləcək

Premyer Liqada daha iki oyun keçiriləcək

  • 18 oktyabr 2025, 12:24

Azərbaycan Premyer Liqasının VIII turunda bu gün daha iki görüş baş tutacaq.

Yurd.Media xəbər verir ki, "Qəbələ" Qubada "İmişli" ilə qarşılaşacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək. "İmişli" hazırda 8 xalla səkkizinci pillədə qərarlaşıb. 11-ci yerdə olan "Qəbələ"nin isə 4 xalı var.

Günün son matçı Sumqayıt şəhər stadionunda baş tutacaq. "Sumqayıt" doğma meydanda "Karvan-Yevlax"la üz-üzə gələcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Sumqayıt komandası hazırda 11 xalla 6-cı pillədə qərarlaşıb. 10-cu yerdə olan "Karvan-Yevlax" isə 5 xala malikdir.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1) məğlub edib. VIII tura oktyabrın 19-da yekun vurulacaq.

Prime Leasing