SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Qurban Qurbanov 15 yaşlı yeniyetməni əsas komandaya çağırdı

Qurban Qurbanov 15 yaşlı yeniyetməni əsas komandaya çağırdı

  • 11 yanvar 2026, 14:08

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın Antalya toplanışına 15 yaşlı Əli Bəşirovu da aparıb.  

Yurd.Media "QOL.az"a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi "Qarabağ"ın U-19 və Azərbaycanın U-16 millisinin üzvüdür.

Qeyd edək ki, "Qarabağ” toplanış çərçivəsində yanvarın 12-də Özbəkistanın "Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın "Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.

Antalya toplanışı yanvarın 17-nə qədər davam edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları