SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Qubada futbolun gələcək ulduzları bir meydanda: “Ulduz Cup” yekunlaşdı - FOTOREPORTAJ

Qubada futbolun gələcək ulduzları bir meydanda: “Ulduz Cup” yekunlaşdı - FOTOREPORTAJ

Quba

Dörd gün davam edən beynəlxalq turnir Qubada gənc futbolçuların böyük mübarizəsinə səhnə oldu.

Yurd.Media-nın Qubaya ezam olunmuş müxbiri xəbər verir ki, xəbər verir ki, avqustun 27 – də Quba Olimpiya İdman Kompleksində keçirilən III “Ulduz Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 ölkədən 12 komanda iştirak edib.

Avqustun 24-dən 27-dək davam edən turnirdə müxtəlif ölkələrdən olan gənc futbolçular bacarıqlarını nümayiş etdiriblər.

Turnirin finalında Azərbaycanın “Ulduz” Futbol Akademiyası Polşanın “Drukarz” komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə Polşa təmsilçisi 1:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Üçüncü yer uğrunda qarşılaşmada isə Azərbaycanın “Qarabağ” komandası Özbəkistanın “Paxtakor” komandasına 0:2 hesabı ilə məğlub olub.

Turnirin bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov belə beynəlxalq yarışların gənc futbolçuların inkişafında mühüm rol oynadığını bildirib. Nazir qeyd edib ki, bu cür turnirlər gələcəyin futbolçularının yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Fərid Qayıbov gələcəkdə bu kimi beynəlxalq turnirlərin Azərbaycanın müxtəlif rayonlarında keçirilməsinin də planlaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq yarışların regionlarda təşkili həmin ərazilərdə idmanın və futbolun inkişafına mühüm töhfə verir.

Yarışın sonunda qaliblər və mükafatçılar təltif olunublar. Beləliklə, III “Ulduz Cup” beynəlxalq futbol turniri həm yerli, həm də xarici komandaların iştirakı ilə baş tutaraq gənc futbolçular üçün beynəlxalq təcrübə və rəqabət imkanları yaradıb.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları