SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Qarabağ Karvan-Yevlaxa,  İmişli Sabaha qarşı

"Qarabağ" "Karvan-Yevlax"a, "İmişli" "Sabah"a qarşı

  • 29 noyabr 2025, 09:51

Azərbaycan Premyer Liqasının XIII turunda ölkə çempionu "Qarabağ" bu gün "Karvan-Yevlax"la qarşılaşacaq.

Yurd.Media xəbər verir ki, hazırda 26 xalla turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi qələbə qazanaraq yerini möhkəmləndirməyə çalışacaq.

5 xalla sonuncu - on ikinci yerdə qərarlaşan "Karvan-Yevlax" isə sürpriz nəticəyə ümid edir.

Sözügedən qarşılaşma "Azərsun Arena"da, saat 17:00-da başlayacaq.

Günün növbəti qarşılaşması isə debütant "İmişli" və "Sabah" arasında oynanılacaq.

İlk dövrədə tərəflər arasında keçirilən qarşılaşmada səfərdə qələbə qazanan bölgə təmsilçisi eyni uğuru Quba OİK stadionunda da təkrarlamaq niyyətindədir. Bu matç saat 14:30-da start götürəcək.

"Bayquşlar" 24 xalla turnir cədvəlinin dördüncü, "İmişli" isə 15 xalla səkkizinci pilləsində yer alıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. "Turan-Tovuz" - "Neftçi" görüşündə isə hesab açılmayıb. Tura noyabrın 30-da yekun vurulacaq.

Prime Leasing
SPE Annual Caspian