UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib.
Yurd.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaqlar hesabı açıb. 14-cü dəqiqədə Lenni Josef fərqlənib.
İlk hissədə "Qarabağ" iki qol vuraraq hesabı öz xeyirinə dəyişib. 25-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb. 45-ci dəqiqədə isə Abdullah Zubir komandasını hesabda irəli çıxarıb.
Fransalı FIFA referisi Kleman Tyurpenin idarə etdiyi oyunun ikinci hissəsində "Ferentsvaroş" əvvəlcə 55-ci dəqiqədə Barnabas Varqanın penalti zərbəsi ilə hesabı bərabərləşdirib. 82-ci dəqiqədə isə Aleks Tot cərimə zərbəsini dəqiq yerinə yetirərək macarlı hesabda irəli çıxarıb.
Oyun 3:2 hesabı ilə "Ferentsvaroş"un qələbəsi ilə yekunlaşıb. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn "Qarabağ" ümumi hesabda 5:4 üstün olaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.