SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Qarabağ Çempionlar Liqasından nə qədər QAZANIB?

"Qarabağ" Çempionlar Liqasından nə qədər QAZANIB?

  • 29 noyabr 2025, 17:16

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra əldə etdiyi gəlir müəyyənləşib.

Yurd.Media xəbər verir ki, Ağdam təmsilçisinin indiyədək əldə etdiyi gəlir 30 milyon avroya (təxminən 59 milyon manat) bərabərdir.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində büdcəsini yaxşılaşdıran komandalar sırasında 33-cü pillədə qərarlaşıb.

Bu mənada, "köhlən atlar" "Union" (Belçika), "Pafos" (Kipr) və "Kayrat" (Qazaxıstan) kollektivlərini üstələyib.

Sıralamanın lideri isə 73,2 milyon avro ilə Fransanın PSJ klubudur.

Prime Leasing
SPE Annual Caspian