SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Premyer Liqada daha iki oyun

Premyer Liqada daha iki oyun

  • 11 may 2025, 10:33

Azərbaycan Premyer Liqasında 34-cü tura bu gün 2 oyunla yekun vurulacaq.

Yurd.Media xəbər verir ki, günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək.

Qarşılaşma saat 18:00-da start götürəcək. Gəncə klubu 29 xalla doqquzuncu, "gənclik şəhəri" təmsilçisi 30 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşacaq. Qarşılaşma saat 20:00-da başlayacaq. Çempionluğu təmin etmiş "Qarabağ"ın 80 xalı var. Qonaqlar 55 xalla üçüncüdür.