SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Qurban Qurbanov Qarabağın futbolçularının durumunu açıqlayıb

Qurban Qurbanov "Qarabağ"ın futbolçularının durumunu açıqlayıb

  • 09 yanvar 2026, 12:56

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov komandanın durumu ilə bağlı məsələlərə aydınlıq gətirib.

Yurd.Media xəbər verir ki, baş məşqçi mətbuat konfransında deyib ki, futbolçular pis istirahət etməyiblər:

"Xəstələndikləri üçün kollektivə qoşulmayanlar var idi. Komandaya yaxşı qayıdıblar, üzləri gülür. Həvəslə məşq ediblər".

O, klubda maliyyə ilə bağlı sıxıntının olmadığını söyləyib:

"Hazırda yoxlama oyunlarında güclü rəqiblərlə üz-üzə gəlməyə hazır deyilik. Oynayacağımız kollektivlər də ciddidir".

Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları