İngiltərənin “Nyukasl” klubu Bakıda böyükhesablı qələbə qazandı.
Yurd.Media xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Qarabağ” - “Nyukasl” komandaları arasındakı oyun qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşdə qonaqların heyətində Entoni Qordon poker edib. Digər qollara isə Malik Tiau və Ceykop Mörfi imza atıblar.
Komandamızın heyətində yeganə qolu Elvin Cəfərquliyev vurub.
Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edib.
Komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Çelsi” və ya “Barselona” kollektivlərindən biri ilə qarşılaşacaq.