SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Naxçıvanın futbol klubu ilk dəfə Avrokuboklarda

Naxçıvanın futbol klubu ilk dəfə Avrokuboklarda

  • 17 may 2025, 19:25
Naxçıvan

Bu gün Azərbaycan Premyer Liqasının 35-ci turunda “Araz-Naxçıvan” səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.

Yurd.Media xəbər verir ki, oyunda yeganə topu 44-cü dəqiqədə Felipe Santos vurub.

Bununla da, Naxçıvan komandası Premyer Liqanın cari mövsümündə vaxtından əvvəl UEFA Konfrans Liqasına vəsiqə qazanan ilk klub olub.

Belə ki, qələbə sayəsində xalını 58-ə çatdıran “Araz-Naxçıvan” 3-cü yeri tutub və tarixində ilk dəfə avrokubokda iştirak hüququ qazanıb. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv 4-cü sırada qərarlaşan “Turan Tovuz”dan 6 xal irəlidədir.

Qeyd edək ki, bunadək Azərbaycanı avrokuboklarda “Qarabağ” (UEFA Çempionlar Liqası) və “Zirə”nin təmsil edəcəyi dəqiqləşmişdi. Azərbaycan Kubokunun finalında “Qarabağ” “Sabah”a qalib gəlsə, “qartallar” UEFA Avropa Liqasında, “Turan Tovuz” isə Konfrans Liqasında yarışacaq. “Bayquşlar”ın kuboku alacağı təqdirdə, Tovuz təmsilçisi avrokuboklardan kənar, “Sabah” isə UEFA Avropa Liqasında iştirak edəcək.