Azərbaycan milli komandasının iyun ayında keçirəcəyi təlim-məşq toplanışı və yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Yurd.Media xəbər verir ki, yığmamız mayın 28-dən 30-dək Bakıda hazırlıq keçəcək. Komanda daha sonra Avstriyaya yollanacaq və iyunun 1-dən 10-dək Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.
Millimiz Avstriya toplanışı çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. Azərbaycan yığması iyunun 5-də Malta, iyunun 9-da isə San Marino ilə qarşılaşacaq.
Hər iki görüş Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutacaq. Matçların Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır.
Milliyə dəvət olunan futbolçular bunlardır:
Qapıçılar: Rza Cəfərov (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Emil Balayev (“Neftçi”).
Müdafiəçilər: Bədavi Hüseynov (“Qarabağ”), Cəlal Hüseynov “Arda” (Bolqarıstan), Anton Krivotsyuk “Daejon Hana” (Cənubi Koreya), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Elvin Bədəlov (“Neftçi”), Rəhman Daşdəmirov (“Sabah”), Qismət Alıyev (“Zirə”), Elvin Cəfərquliyev (“Qarabağ”), Rüfət Abbasov (“Şamaxı”), Tellur Mütəllimov (“Sabah”), Toral Bayramov (“Qarabağ”).
Yarımmüdafiəçilər və hücumçular: Emin Mahmudov (“Neftçi”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Rəhim Sadıxov (“Turan Tovuz”), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev (“Sabah”), Aleksey İsayev (“Sabah”), Rüstəm Əhmədzadə (“Sumqayıt”), Ayxan Hüseynov (“Turan Tovuz”), Vüsal İsgəndərli “Partizani” (Albaniya), Xəyal Əliyev (“Sabah”), Nəriman Axundzadə “Kolambus Kryu” (ABŞ), Mahir Emreli “Kayzerslautern” (Almaniya), Renat Dadaşov “Motor” (Polşa).