Azərbaycan Premyer Liqasının VI turunda 2 oyun keçirilib.
Yurd.Media xəbər verir ki, əvvəlcə "Turan Tovuz" "Kəpəz"lə qarşılaşıb.
"Azərsun Arena"da keçirilən matç birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.
Qolları Aleks Souza (32) Joarlem Santos (36) və Filip Ozobiç (46) vurublar.
"Turan Tovuz" xallarının sayını 12-yə çatdırıb. Gəncə klubu isə xalsızdır.
Turun sonuncu matçında isə "Sabah" "Sumqayıt"ı qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
"Bayquşlar"ın heyətində Coy Lens Mikels 26-cı dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Rüstəm Əhmədzadə tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "gənclik şəhəri" təmsilçisi üçüncü pillədə qərarlaşıb. "Sabah" 8 xalla yeddincidir.
Qeyd edək ki, VI turda "Qarabağ" "Qəbələ"ni məğlub edib - 2:0. "İmişli" - "Zirə" və "Şamaxı" - "Araz-Naxçıvan" görüşləri 1:1 hesabı ilə yekunlaşıb. "Neftçi" - "Karvan-Yevlax" oyununda qol vurulmayıb.