SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
“Karvan-Yevlax” “Araz-Naxçıvan”ı qəbul edir

“Karvan-Yevlax” “Araz-Naxçıvan”ı qəbul edir

  • 21 fevral 2026, 11:37
Yevlax

Bu gün Azərbaycan Premyer Liqasında XXI turun növbəti oyunu keçiriləcək.

Yurd.Media xəbər verir ki, turun ikinci günündə “Karvan-Yevlax” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcək.

Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanı baş hakim İnqilab Məmmədov idarə edəcək. Hazırda Fizuli Məmmədovun rəhbərlik etdiyi kollektiv 6 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Andrey Demçenkonun komandası isə 30 xalla 6-cı yerdədir.

Xatırladaq ki, XXI tur çərçivəsində bu gün keçirilməli olan “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb.

Qeyd edək ki, turun ilk oyun günündə “Turan Tovuz” doğma meydanda “Zirə”ni 2:0 hesabı ilə məğlub edib, “Sumqayıt” – “Qəbələ” qarşılaşması isə qolsuz heç-heçə ilə yekunlaşıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları