SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
III MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı bilindi

III MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı bilindi

  • 26 avqust 2025, 17:39

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.

Yurd.Media xəbər verir ki, yarışlarda 10 ölkədən 1605 idmançı və 2330 nümayəndə iştirak edəcək.

Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti isə 6 idmançının təmsil edəcəyi dəqiqləşib.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

Prime Leasing