SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Fərid Qayıbov: Dünya çempionatı kimi böyük turnirin Azərbaycanda keçirilməsi gözəl addımdır

Fərid Qayıbov: "Dünya çempionatı kimi böyük turnirin Azərbaycanda keçirilməsi gözəl addımdır"

  • 01 iyun 2025, 23:26

"Dünya çempionatı kimi böyük turnirin Azərbaycanda keçirilməsi gözəl addımdır".

Yurd.Media xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı barədə danışarkən deyib.

Azərbaycan millisinin mundialın qalibi olmasına münasibət bildirən nazir bunun doğma azarkeşlərin möhtəşəm dəstəyi ilə reallaşdığını söyləyib: "Minifutbol millimiz bunadək Avropa çempionu olub, dünya çempionatında dördüncü yeri tutmuşdu. Bu idman növü ölkəmizdə yüksək səviyyədə inkişaf edir. Burada dövlətin dəstəyi mühüm yer tutur. Bildiyiniz kimi, idman ölkəmizdə dövlət siyasəti kimi müəyyənləşdirilib. Bunun nəticəsində Azərbaycanda irimiqyaslı yarışlar keçirilir, yeni qələbələr olur və idmanımız inkişaf edir".

Qeyd edək ki, Azərbaycan seçməsi finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə dünya çempionu olub.

Prime Leasing