SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Fərid Qayıbov Bərdə və Yevlaxdakı idman obyektlərinə baxış keçirib

Fərid Qayıbov Bərdə və Yevlaxdakı idman obyektlərinə baxış keçirib

  • 02 avqust 2025, 20:33
Bərdə

Gənclər və idman naziri Fərid Qayıbov Bərdə şəhərinə səfəri çərçivəsində Bərdə Olimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə maraqlanıb.

Nazirliyin mətbuat xidmətindən Yurd.Media-ya verilən məlumata görə, kompleksin hazırkı şəraiti barədə ətraflı məlumat alan nazir infrastrukturun inkişafı və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Daha sonra Fərid Qayıbov Yevlax rayonunda inşası davam edən Olimpiya İdman Kompleksində aparılan tikinti işləri ilə maraqlanıb. Layihənin icra vəziyyəti və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb. Nazir kompleksin inşasının keyfiyyətlə və müəyyən olunmuş vaxt çərçivəsində başa çatdırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək III MDB Oyunları çərçivəsində boks yarışları Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Prime Leasing