SÜJET
Bu gün Milli Mətbuatın 150 illik yubileyi münasibətilə "Yurd.Media" və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu ilə "Milli Mətbuat-150" adlı minifutbol turniri start götürəcək.
Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq iki günlük yarışa 32 media nümayəndəsi qatılacaq.
Onlar "Əkinçi", "Kəşkül", "Ziya" və "Kaspi" adlandırılıblar.
Püşkatma mərasimi iyulun 17-də Azərbaycan Mətbuat Şurasında keçirilib. Püşkün nəticələrinə əsasən yarımfinal oyunlarında İctimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət “Ziya” komandası televiziya işçilərindən formalaşan “Kaspi” ilə, idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi isə informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət "Əkinçi" komandası ilə qarşılaşacaq.
Turnirin ikinci günündə qalib komandalar final, məğlub olanlar isə 3-cü yer uğrunda oyunlarda öz qüvvəsini sınayacaqlar.
Açılış mərasimi iyulun 19-da Şamaxı Olimpiya İdman Kompleksində saat 15:00-da olacaq. Tədbirə rayonun rəhbərliyi və idman rəsmiləri, aparıcı media nümayəndələri, eləcə də şəhid ailələri qatılacaqlar.
Turnirin oyunlarını AFFA-nın hakimləri idarə edəcək. İyulun 20-də müəyyənləşəcək qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə sertifikatlarla təltif ediləcəklər.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və "Qəbələ" İdman Klubunun təşkilati, Teleqraf İnformasiya Agentliyinin informasiya dəstəyi ilə keçiriləcək.
Komandaların tərkibi belə müəyyənləşib:
"Əkinçi"
Report – Kənan Həsənov
Oxu.az – Anar Həsənov
Qafqazinfo - Elsevər Məmmədov
Baku.ws – Azad Əliyev
Yeni Müsavat – İlkin Muradov
Teleqraf - Tural Muxtarov
Photostock.az - Tural Xəlili
Modern.az – Tuncay Eyvazlı
"Kəşkül"
Sportinfo.az - Xanoğlan İmanov
Rekord.az – Kənan Məstəliyev
Futbol+ - Mahir Rüstəmli
Sportnet – Həşim Məmmədov
APA-Sport - İsmayıl Xeyrullayev
Fanat.az – Pərvin Kazımoğlu
Qol.az – Cavad Musayev
Sportal.az - Mirbağırağa Cəfəri
"Ziya"
Bizim.media – Fərid Ağazadə
Olke.az – Samir Mirzə
İqtisadiyyat.az – Səid Qərib
Demokrat.az – Vasif Həsənli
Manset.az – Əli Vəliyev
Xalq Qəzeti – Rövşən Atakişiyev
Publika.az – Asif Nərimanlı
Yenicağ.az – Malik Malikov
"Kaspi"
AzTV – Vahid Fəxrəddinov
İTV – Rəşad Rəşidov
İTV - Tərlan Salahov
CBC Sport – Gündüz Abbaszadə
CBC Sport - Dəyanət Qarazadə
ATV - Ceyhun Rzayev
Baku TV – İman Məcidov
Baku TV - Nurani İsgəndərov