SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Basketbol üzrə milli komandalarda baş məşqçi təyinatları oldu

Basketbol üzrə milli komandalarda baş məşqçi təyinatları oldu

  • 23 may 2025, 13:20

Basketbol üzrə yeniyetmələrdən ibarət oğlan və qız milli komandalarının yeni baş məşqçiləri müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından Yurd.Media-ya verilən məlumata görə, U-16 oğlanlardan ibarət millinin baş məşqçisi bu posta yeni təyin olunmuş türkiyəli Erhan Toker, onun köməkçiləri isə Anar Hacıyev və Rüstəm Əliyevdir. "Abşeron" klubunda uğurlu mövsüm keçirmiş türkiyəli mütəxəssisin ən son böyük uğuru 2014-cü ildə Avropa çempionatı U-20 "A" divizionunda Türkiyə millisi ilə çempionluq olub.

U-16 qız millinin baş məşqçisi bu posta yeni təyin olunmuş türkiyəli Ferhat Akcan, onun köməkçisi isə Aygün Eynullayevadır.

Türkiyəli məşqçi daha öncə "Ormanspor" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.

U-18 oğlan millinin baş məşqçisi Anar Sarıyev, onun köməkçisi isə Polad Həsənovdur. Adları çəkilən məşqçilər ən son Avropa çempionatı U-18 (2024) "C" divizionunda çempionluq qazanıblar.

U-18 qız komandanın baş məşqçisi Evren Alkaya, onun köməkçisi isə Aygün Eynullayevadır. Adları çəkilən məşqçilər ən son Avropa çempionatı U-16 (2024) "C" divizionunda qızıl və U-18 (2024) "C" divizionunda gümüş mükafatın sahibi olublar.

Yeniyetmələrdən ibarət oğlan və qız milli komandaların məşqçilər heyəti Avropa çemiponatının hazırlıqlarına start veriblər.