SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycanın minifutbol millisi dünya çempionu oldu

Azərbaycanın minifutbol millisi dünya çempionu oldu

  • 01 iyun 2025, 21:26

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Yurd.Media xəbər verir ki, milli komanda finalda Macarıstan seçməsi ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Qeyd edək ki, daha əvvəl keçirilən üçüncü yer uğrunda matçda Serbiya Monteneqronu (3:0) məğlub edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları