Azərbaycan Premyer Liqasının V turunda iki oyun keçirilib.
Yurd.Media xəbər verir ki, əvvəlcə "Kəpəz" səfərdə "Qəbələ" ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan matçda ev sahibləri 3:0 hesablı qələbə qazanıb.
Qolları Adriel Ba Loula (44) və Prins Ovusu (59, 67) vurublar.
Bu qələbə ilə "Qəbələ" xallarının sayını 4-ə çatdırıb. "Kəpəz" isə xalsızdır.
Günün ikinci oyununda "Sabah" "Turan Tovuz"u məğlub edib.
"Bank Respublika Arena"da keçirilən matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Qolları Velko Simiç (56) və Pavol Şafranko( 90+7-pen) vurublar.
Qərb təmsilçisi 9 xalla dördüncüdür. 7 xalı olan "bayquşlar" isə beşinci sırada qərarlaşıblar.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Karvan-Yevlax"ı, "Qəbələ" "Kəpəz"i 3:0, "Zirə" isə "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib.