SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Azərbaycan mediası futbol millisinin uğursuzluğunun qurbanı oldu - ARAŞDIRMA

Azərbaycan mediası futbol millisinin uğursuzluğunun qurbanı oldu - ARAŞDIRMA

  • 23 sentyabr 2025, 09:24

Dünyanın ən nüfuzlu fərdi futbol mükafatı olan "Qızıl top"un sahibinin müəyyənləşməsində Azərbaycan mediasının fikri soruşulmadı. Bunun səbəbi Azərbaycan millisinin dünya reytinqində ilk "100-lük"də olmaması ilə əlaqədardır.

Yurd.Media xəbər verir ki, bunu idman jurnalisti Elşən Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, bunu AFFA da, millinin kapitanı Bədavi Hüseynov da təsdiqlədi:

"Bu, FIFA-nın təsis etdiyi "The Best" mükafatı deyil ki, orada bütün milli komandaların baş məşqçiləri, kapitanları və idman mediası təmsil olunsun. Niyə Azərbaycan idman mediası France Football" nəşrinin səsverməsində təmsil olunmadı? Çünki Azərbaycan millisi hazırda ilk "100-lük"də deyil. İndi "100-lük"dəki ölkələrin mediası ilə öz öz mediamızı müqayisə edək? Doğrudanmı biz, buraxın ümumi medianı, hətta dünyanın 100 ən yaxşı idman mediası sırasında yoxuq?".

Sentyabrın 18-də açıqlanmış FIFA-nın son reytinq siyahısına baxaq... Azərbaycan daha 2 pillə geriləyərək, 124-cü pilləyə enib. Bilirsinizmi "100-lük"dəki son 5 ölkə hansılardır?- Lüksemburq, Mozambik, Qvatemala, Fələstin, Belarus.

Qeyd edək ki, "France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top" mükafatının sahibi bəlli olub.

Təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçirilib.

Fransa seçməsinin və PSJ klubunun hücumçusu Usman Dembele ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Qadınlarda "Qızıl top"a ardıcıl üçüncü dəfə İspaniya yığmasının və "Barselona"nın üzvü Aitana Bonmati layiq görülüb.

2025-ci ilin ən yaxşı gənc futbolçusu isə İspaniya millisinin və "Barselona" komandasının üzvü Lamin Yamal seçilib.

Prime Leasing