Azərbaycan Premyer Liqasında bu gün V turun daha iki oyunu keçiriləcək.
Yurd.Media xəbər verir ki, ilk olaraq "Kəpəz" "Qəbələ"nin qonağı olacaq.
Qarşılaşma saat 17:00-da start götürəcək. Gəncə kollektivinin xalı yoxdur və sonuncu - 12-cidir. 1 xala malik "Qəbələ" isə 11-ci pillədə yer alıb.
Günün ikinci matçında "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Bu görüş saat 19:30-da başlayacaq. 9 xala malik "Turan Tovuz" dördüncü, 4 xalı olan "Sabah" səkkizincidir.