Azərbaycan Premyer Liqasında bu gün V tura iki oyunla yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan" "Qarabağ"ı qəbul edəcək.
"Liv Bona Dea Arena"da baş tutacaq qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.
"Araz-Naxçıvan" 10 xalla turnir cədvəlinin üçüncü pilləsindədir. Səkkizinci yerdə olan "Qarabağ"ın isə 4 xalı var.
Turun son görüşü Sumqayıtda keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Bu matçı Elçin Məsiyev idarə edəcək.
"Sumqayıt" 10 xalla ikinci yerdədir. 11-ci pillədə qərarlaşan "Neftçi" isə 4 xala malikdir.