Bu gün Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunları keçiriləcək.
Yurd.Media xəbər verir ki, günün ilk matçında "Azersun Arena"da "Qarabağ" klubu "Kəpəz"i qəbul edəcək.
Günün növbəti oyununda isə "Sumqayıt" öz meydanında "Turan Tovuz"la üz-üzə gələcək.
Qeyd edək ki, tura oktyabrın 5-də keçiriləcək "Karvan-Yevlax " - "Sabah", "Qəbələ" - "Şamaxı" oyunları ilə yekun vurulacaq.